Birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı Seydəliyev Teymur Hüseyn oğlu dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Teymur Seydəliyev 7 may 1974-cü ildə Bərdənin Əmirli kəndində anadan olub. 1992–1996-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, o cümlədən Ağdərə cəbhəsində vuruşub.