"Kanal D" üçün hazırlanan yeni “Haysiyet" serialında rol alacaq daha bir aktrisanın kimliyi müəyyənləşib.

"Unikal" xəbər verir ki, ekran işində baş rollardan birini Elifcan Onqurlar canlandıracaq.

Onun hansı obrazı canlandıracağı bilinməsə də, digər baş rol ifaçısı Doğukan Güngörlə tərəf müqabili olmayacağı artıq bəllidir.

Qeyd edək ki, Doğukan narkotik testinin nəticələri müsbət çıxdıqdan sonra "Kızılcık şerbeti" serialından kənarlaşdırılmışdı. O, "Fatih" obrazına həyat verirdi.