Bir müddət əvvəl verilişi dayandırılan tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva (Hidayətqızı) sosial mediada diqqətçəkən paylaşım edib.

"Unikal" xəbər verir ki, aparıcı həyətində kartof əkdiyini açıqlayıb. 

Aparıcının bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, son dövrlərdə Azərbaycan televiziyalarında bayağı məzmunun artması və etik normaların pozulması ictimai narazılıq doğurub. Bu səbəbdən bir sıra verilişlərin yayımı dayandırılıb.

Həmin layihələr arasında ARB telekanalında yayımlanan Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu "Səni axtarıram" verilişi də yer alıb. 

Seymur Əli