Türkiyəli aktyor, İstanbul Dövlət Opera və Balet Teatrının üzvü Ferdi Atuner vəfat edib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problemlər olan aktyor 82 yaşında ürək tutmasından ölüb.

Qeyd edək ki, F.Atuner "Çocuklar duymasın", "Bez bebek", "En son babalar duyar", "Yasemince", "Çılqın bebiş", "Ayrılsak da beraberiz" kimi məşhur ekran işlərində rol alıb.