İngiltərə Premyer Liqasını bu mövsüm tərk edəcək daha bir komanda məlum olub.

"Unikal" xəbər verir ki, Premyer Liqanın 34-cü turunda "Mançester Siti"yə 0:1 uduzan "Börnli" Çempionşipə düşüb.

Onlar 34 turdan sonra cəmi 13 xalla 17-ci pillədədir.

Qeyd edək ki, daha əvvəl "Vulverhempton" Premyer Liqanı tərk etmişdi.