ABŞ-də NASA ölkədəki alimlər və kosmik tədqiqatçılar arasında baş verən qəribə ölüm və itkin düşmə hallarının araşdırılmasına qoşulub.
"Unikal" "Fox News"a istinadən xəbər verir ki, ilk belə hadisə 28 fevralda 68 yaşlı təqaüdçü Hərbi Hava Qüvvələri generalı Uilyam Neil Makkaslandın yoxa çıxması ilə başlayıb və bu, medianın və siyasətçilərin diqqətini çəkib.
Keçmiş hərbçi sonuncu dəfə fevral ayının sonunda görülüb və onun axtarışı uğursuz olub. Hərbi Hava Qüvvələri generalının harada olduğu hələ də məlum deyil.
Məsələ araşdırıldıqdan sonra media 2022-ci ildən bəri ABŞ-də kosmik tədqiqatlarla bu və ya digər şəkildə əlaqəsi olan 11 nəfərin itkin düşdüyü və ya öldüyü açıqlayıb.
Bu siyahıda kosmik tədqiqatları və UFO hadisələrini araşdıran 34 yaşlı antiqravitasiya texnologiyası mütəxəssisi Emi Eskric də yer alıb. O, güllə yarasından həyatını itirib.
NASA-nın sözçüsü Bethany Stevens mediaya bildirib ki, NASA tədqiqatçıların iştirak etdiyi hadisələrin araşdırılmasında səlahiyyətlilərə kömək edəcək. NASA-nın açıqlamasından əvvəl Ağ Evin sözçüsü Kerolin Levitt FTB-nin son bir neçə ildə alimlərin itkin düşməsi və ölümü ilə bağlı bütün halları araşdırmaq vəzifəsi daşıdığını açıqlamışdı.
ABŞ prezidenti Tramp da bu məsələ ilə bağlı xüsusi iclas keçirib və istintaqın nəticələrini açıqlanacağını bildirmişdi.
Gülayə Mecid
