"Yaradılmış sülh qarşılıqlı etimada əsaslanır". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

O, "Delfi İqtisadi Forumu" çərçivəsində Yunanıstan Respublikası Baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova Respublikası Prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekrieru ilə birlikdə "Strateji ayırıcı xətlər: Avropanın Şərq Qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması" adlı panel müzakirəsində iştirak edib.

Qriqoryan çıxışında regional təhlükəsizlik vəziyyətinə toxunub, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əhəmiyyətini vurğulayıb və onun institusionallaşdırılmasına yönəlmiş işdən danışıb. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi bərqərar olmuş sülhün qarşılıqlı etimada əsaslandığına əminliyini bildirib.

O, həmçinin blokadanın qaldırılmasının vacibliyindən danışaraq, artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə və yaradılacaq iqtisadi imkanlara toxunub.

Ağarza Elçinoğlu