"Bəli, Nikol Paşinyan haqlı idi - o, sona qədər getməyə hazır idi və qırmızı xətləri yox idi, mənim namizədliyim irəli sürülməməli idi".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyan istefasının səkkizinci ildönümü münasibətilə verdiyi bəyanatda deyib.

O, çətin danışıqlar vəziyyətində getməyinin fəlakətə səbəb olacağını xalqa izah edə biləcəyini düşünərkən yanıldığını deyib: "Sizə siyasətçi kimi deyil, bir erməni kimi, həyatı və taleyi bu torpaqdan, sudan, bu ölkədən ayrılmaz olan bir insan kimi müraciət edirəm. Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, həm də vahid, düşünülmüş və əsaslandırılmış tarixi bir qərardır.

Həyatım boyu həm doğru, həm də yanlış qərarlar vermişəm. Ən doğru və çətin qərarım "öz vədimi pozmaq" və 2018-ci ildə Baş nazirliyə namizəd olmaq idi. Təəssüf ki, bu, həm də mənim ən böyük səhvim idi. Çünki namizədliyimin məqsədinin hakimiyyəti qorumaq deyil, Qarabağ və Ermənistanın təhlükəsizliyini təmin etmək olduğunu xalqımıza izah edə bilmədim. 

Bəli, Nikol haqlı idi: Mən bunu izah edə bilmədim, amma o, xalqımızı aldatmağı bacardı". 

Sarkisyan bildirib ki, 2018-ci ildə Baş nazirliyə namizədliyi nəticəsində çox şey itirb: "Başa düşülməməyimdən xalqım tərəfindən rədd edilməyimə qədər. 

Ermənistanı kökündən qoparan, diz çökdürən, borca ​​batıran və yalanlarla dolduran qrup getməlidir. Alternativ ölkəmiz, xalqımız və gələcək nəsil üçün dəhşətlidir". 

Ağarza Elçinoğlu