Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi bölgəsində istənilən silah növünün istifadəsinin qəti qadağan edilməli və istisna edilməli olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Məlumata görə, Tokayev Xəzər dənizinin bu gün təhlükə altında olduğunu və onun qorunmasının regional sabitlik və ekoloji tarazlıq üçün vacib olduğunu vurğulayıb: "Bütün beynəlxalq tərəfdaşlarımızı bu müstəsna təbii sərvətin qorunması səylərini dəstəkləməyə çağırırıq. Buna görə də Xəzər dənizi bölgəsində hərbi güc tətbiqi qəbuledilməz və qanunla qadağan olunmalıdır". 

Ağarza Elçinoğlu