"Ermənistan Avropa Birliyinə qoşularsa, ÜDM-in təxminən 23%-ni itirəcək".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib.
"Ən təvazökar və mühafizəkar hesablamalara görə, Aİ üzvlüyü Ermənistana ÜDM-in təxminən 23%-nə başa gələcək, əmək bazarında kütləvi azalma (10,5 faiz bəndi) və inflyasiyanın 22,6 faiz bəndi artması isə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə düşməsinə səbəb olacaq. Daxili istehlak hazırkı səviyyədən 20%-dən çox azalacaq. Təbii qaz da daxil olmaqla, enerji qiymətlərində daha da artım gözlənilir", - deyə Şevtsov açıqlayıb.
Ağarza Elçinoğlu
