1985-ci ildə Mixail Qorbaçov və Ronald Reyqanın görüşdüyü Cenevrə gölünün sahilində yerləşən villa "Fleur d'Eau" 15,8 milyon dollara satılıb.

"Unikal" xəbər verir ki, 993 kvadratmetrlik ev 12,3 milyon İsveçrə frankına satılıb ki, bu da onun təxmini 23 milyon frank dəyərinin demək olar ki, yarısıdır.

1867-ci ildə tikilmiş villada 26 otaq, göl mənzərəsi və 3200 kvadratmetrdən çox park var. 1996-cı ildən bəri əmlak beynəlxalq şirkətə məxsusdur.