Mövcud atəşkəsə baxmayaraq, İsrail Livanda yeni hücumlar həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrail qüvvələri Bint Jbeil rayonundakı Qunin şəhəri yaxınlığında artilleriya atəşi açıb. Ölkənin cənub bölgələrində də bir sıra dağıntılar qeydə alınıb, yaşayış binaları və digər infrastruktur məhv olub.
NNA iddia edir ki, İsrail qüvvələri bir sıra kəndlərdə - Beyt Lif, Şamaa, Bayada və Naqurada evləri minalayıb və sonra onlar tamamilə dağıdılıb.
