"Biz təhdid kölgəsi altında aparılan heç bir danışıqları qəbul etmirik. Son iki həftədir ki, döyüş meydanında yeni kartlarımızı oynamağa hazırlaşırıq".

"Unikal" xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media hesabında yazıb. 

 O, Trampın ölkəsinə blokada tətbiq etməklə və atəşkəsi pozmaqla danışıqlar masasını təslim olmaq və ya müharibə qızışdırmaq masasına çevirmək istədiyini bildirib. 

Bundan əlavə, ABŞ prezidenti Donald Tramp İranla davam edən müharibədə böyük fərqlə qalib gəldiklərini iddia edib və bildirib:

"Onlar görürlər ki, razılaşma əldə olunana qədər qaldırmayacağımız blokada İranı tamamilə iflic edib. Onlar gündə 500 milyon dollar itirirlər. Bu, hətta qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir".