"İsrail Müdafiə Qüvvələrinin əsgərinin katolik dini ikonasına zərər verdiyini öyrənəndə şoka düşdüm". 

"Unikal" xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu X hesabında yazıb.

O, hərbçinin bu hərəkətindən kədərləndiyini deyib: "Bu hərəkəti qətiyyətlə pisləyirəm. Hərbi hakimiyyət orqanları bu işlə bağlı cinayət araşdırması aparır və cinayətkara müvafiq, sərt intizam tədbirləri tətbiq edəcək".

Onun sözlərinə görə, İsrail yəhudi dövləti olaraq, yəhudilər və bütün dinlərin nümayəndələri arasında tolerantlıq və qarşılıqlı hörmət kimi yəhudi dəyərlərinə hörmət edir və onları dəstəkləyir.

Suriya və Livandakı xristianlar müsəlmanlar tərəfindən qətlə yetirilsə də, İsraildəki xristian əhali Yaxın Şərqin digər yerlərindən fərqli olaraq çiçəklənir. İsrail regionda xristian əhalisinin və həyat səviyyəsinin artdığı yeganə ölkədir. İsrail Yaxın Şərqdə hamı üçün din azadlığına sadiq olan yeganə yerdir. Baş verən hadisəyə və onun Livanda və dünyada dindarlara qarşı yaratdığı bütün təhqirlərə görə təəssüf edirik".

Xatırladaq ki, daha əvvəl İsrail əsgəri Livanın cənubunda İsa Məsihin heykəlini çəkiclə sındırmışdı. İsrail Müdafiə Qüvvələri əsgəri cəzalandıracağına söz vermiş və yerli sakinlərə heykəlin bərpasına kömək etməyə hazır olduğunu bildirmişdi.

Ağarza Elçinoğlu