İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurub.
"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksəkgərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
