Yaponiyanın şimal-şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələnin episentri Sakit Okeanda 10 km dərinlikdə olub.
Təbiət hadisəsindən sonra İvate, Aomori və Hokkaydo prefekturalarının bəzi hissələrində 3 metrə qədər sunami olacağı barədə xəbərdarlıq edilib.

Həmçinin Honşu adasının şərq sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, sunami xəbərdarlıqları ikinci ən yüksək xəbərdarlıq səviyyəsidir.
Bəzi sahilyanı ərazilərdə yaşayan insanlara dərhal təxliyə olunmaları bildirilib.
Ağarza Elçinoğlu
