Bakının Sabunçu rayonunun ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.

“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində irəli sürülmüş 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddə 126.1-ci (qəsdən sağlamlığa ağır  zərər vurma) maddəsinə tövsif edilib və Qulu Məmmədov 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki,hadisə 2024-cü ilin martında Sabunçu rayonunun ərazisində baş verib.

Qulu Məmmədov mübahisə zəminində Şamil Nəbiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.Onun barəsində verilmiş axtarış tədbirləri ilə saxlanılaraq istintaqa cəlb ediib.

Orxan Rasifoğlu