Türkiyə polisi Şanlıurfanın Halfeti bələdiyyəsinə qarşı əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyatda 2019-cu il yerli seçkilərindən 2024-cü ilə qədər olan idarəetmə prosesində və qəyyumluq dövründə tenderlərdə korrupsiya ittihamları ilə 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Şərəf Albayrak, inzibatçılar və texniki işçilər də var.