Nikol Paşinyan Türkiyə bayrağının yandırılmasını qınayıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Nazeli Baqdasaryan İrəvandakı Respublika meydanında baş verən hadisəyə münasibət bildirərkən deyib.

Bildirilib ki, Paşinyan bu cür hərəkətləri məsuliyyətsiz və qəbuledilməz hesab edir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış, xüsusilə qonşu ölkənin bayrağının yandırılması təxribat xarakteri daşıyır və gərginliyə səbəb olur.