Şəmkir rayon Kimya və Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdləri yüksək nəticə əldə ediblər.
"Unikal"ın məlumatına görə, 11ç sinifində təhsil alan 15 şagirdin hər biri buraxılış imtahanında 200 baldan yuxarı nəticə əldə edib.
Liseyin 11-ci sinifində təhsil alan Hüseyn Quliyev isə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və qlobal universitetlər reytinqində ilk 35-likdə yer alan İngiltərənin Mançester Universitetinin Kompüter Elmləri ixtisasına qəbul olub.
Ağarza Elçinoğlu
