"Barselona"nın zədəli futbolçusu Lamin Yamalın son durumunu açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya La Liqasının 33-cü turunun "Selta" ilə matçında zədələnən 18 yaşlı hücumçu cari mövsüm bir daha meydana çıxa bilməyəcək. Lakin onun DÇ-2026-da iştirak edə biləcəyi qeyd olunub.
Yamal 2025/26 mövsümündə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
