Gəncə şəhərində baş verən dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 1958-ci il təvəllüdlü A.İsmayılov həyatını itirib. Zəhərlənənlərdən birinin isə 1985-ci il təvəllüdlü S.Əliyev olduğu bildirilir.

Qeyd edək ki, hadisə zamanı bir neçə nəfər dəm qazından zəhərlənib və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

XXX

23:19

Gəncədə evdə dəm qazından zəhərlənmə hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü A. İsmayılovun meyiti yaşadığı evdə aşkarlanıb.

Bundan başqa, 1985-ci il təvəllüdlü S. Əliyev və daha iki nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov