Tanınmış aparıcı Nigar Sabirqızı "Avant Group” şirkətinin gecə saatlarına qədər iş gördüklərini və sakinlərin narahatlığına səbəb olduqlarını əks etdirən görüntülər paylaşıb.

"Unikal"ın məlumatına görə, aparıcı bildirib ki, gecə saatlarında aparılan tikinti işləri onları narahat edir.

"Saat 00.30 və siz bu saatda "Avant"ın apardığı tikintiyə baxın. Gecə  saat 00.00-dan sonra səs etmək qadağan deyildi? Bu saatda fəhlələrin işlədilməsi qanunidir? Əvvəl deyirdilər ki, yük avtomobilləri şəhərə gecə saatlarında buraxılır, ona görə gecə işləməyə məcburuq. Bəs bu işin adı nədir? Mərtəbələri sürətlə yüksəltmək üçün gecə də işləmək və bizi narahat etmək? "Avant"ın rəhbəri öz yerində rahat yatsın, biz isə bu səs-küyə dözək?

Qeyd edək ki, ötən il "Avant Group” MTK tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdu.