Qlobal əmtəə bazarlarda neft bahalaşıb.

"Unikal" xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 0,33 dollar və ya 0,34% artaraq 96,18 ABŞ dolları/barel səviyyəsinə yüksəlib.

ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,56 dollar və ya 0,53% artaraq 105,63 ABŞ dolları/barel olub.