Ermənistanın Baş naziri Nikol Paşinyan 22 apreldə genişləndirilmiş Aparan icmasının Yernjatap qəsəbəsindəki təmir olunmuş Yeğişe Çarents məktəbinə gedib.
"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın səfəri zamanı maraqlı anlar yaşanıb.
Belə ki, o, məktəbdə çəkilmə araq qoxusu hiss edib: "Necə də yaxşı dəmlənmiş, evdə hazırlanmış araq qoxusu var!"
Məktəb direktoru otağı dezinfeksiya etdiklərini deyib. Paşinyan isə cavabında belə deyib: "Bunu başa düşmək olar, amma niyə evdə hazırlanmış spirtlə dezinfeksiya etdiniz? Bu, təəssüf doğurmurmu?"
Ağarza Elçinoğlu
