"Ümumi fikir belədir ki, Gürcüstanda müxalifətə qarşı hərəkətlər edənlərə qarşı sanksiyaları müzakirə edərkən 26 ölkə bizi dəstəklədi, yalnız bir ölkə isə buna qarşı çıxdı". 

"Unikal" xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib. 

"Bu məsələlərlə bağlı çox yaxşı müzakirə aparıldı. Nəticədə, biz Gürcüstan xalqı ilə, o cümlədən Tbilisidən kənarda daha çox əlaqə saxlamalıyıq ki, onlara Avropa Birliyinin mövcud olduğunu və həqiqətən də xoş niyyətlərimizin və xoşməramlı münasibətlərimizin olduğunu göstərək", - deyə o, ifadə edib.