ABŞ Xəzinədarlıq Departamenti İrana hücum dronları və ya ballistik raketlərin hazırlanmasında kömək etdiyi bildirilən bir neçə şirkət və şəxsə qarşı yeni iqtisadi sanksiyalar elan edib.
"Unikal" xəbər verir ki, bununla bağlı yayılan açıqlamada sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin əksəriyyətinin İranda fəaliyyət göstərdiyi qeyd olunub.
Sanksiya siyahısına Tehranda yerləşən özəl aviaşirkət “Mahan Air”, həmçinin şirkətin sədri və direktorlar şurasının bir neçə üzvü də daxil edilib.
ABŞ Xəzinədarlıq katibi Skott Bessent bildirib: “İran rejimi qlobal enerji bazarlarını şantaj etdiyinə və mülki şəxsləri raket və dronlarla hədəf aldığına görə məsuliyyət daşımalıdır”.
