"Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayım zamanı deyib.
O, bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib: "Demişəm ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunun əsaslandırılması nədir? Dünən çıxış etdim və son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışdım. Əgər bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz deməkdir. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız deməkdir. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, artıq sülhün mümkün olmadığı deməkdir".
Ağarza Elçinoğlu
