"Bank of Baku" ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə mikro, kiçik və orta biznesləri əhatə edən maarifləndirici təlim təşkil edib. 

"Unikal" xəbər verir ki, “25 Aprel – Sahibkarlar Günü” ərəfəsində Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə keçirilən təlimdə 20-dən çox sahibkar qadın iştirak edib. “Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri” mövzusunda keçirilən təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına töhfə verməkdir.

Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarəedilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi əhəmiyyətli mövzular əhatə olunub. Təlimin 2-ci hissəsində isə müasir investisiya alətləri müzakirə edilib, kriptovalyuta, əmanət, istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri barədə danışılıb.

Tədbirdə təlimçi qismində Bank of Baku-nun KOB bankçılıq departamentinin direktor müavini, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov və Bank of Baku-nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış edib.

Qeyd edək ki, KOB subyektlərinə dəstəkləyici həllərin təqdim edilməsi və korporativ bankçılıq istiqamətinin genişləndirilməsi “Bank of Baku”nun strateji inkişaf planında xüsusi yer tutur.

"Bank of Baku" hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir. 

"Bank of Baku"nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku