Aprelin 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən müharibəsi qazisi Əhmədov Xəyyamın övladının toy məclisində iştirak edib. 

"Unikal" xəbər verir ki, hər zaman şəhid ailələri və müharibə əlillərinə diqqəti ilə seçilən Taleh Qaraşov qazinin övladının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. Vətən müharibəsi əlilinə xeyir-dua verən icra başçısı dövlətimizin hər zaman bütün imkanları ilə onların yanında olduğunu vurğulayıb. 

Taleh Qaraşov qeyd edib ki, şəhid ailələrinə,  qazilərə qayğı və diqqət istər cəmiyyətin, istərsə də dövlətin həssas yanaşdığı məsələlərdəndir. Sözügedən kateqoriyadan olan insanlara hörmət və ehtiram hər birimizin mənəvi borcudur.

Xəyyam Əhmədov da hər zaman xüsusi həssaslıqla tam qayğı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə edib.