Türkiyənin paytaxtı Ankarada Enerji və Təbii Sərvətlər Nazirliyinin qarşısında etiraz edən mədən işçiləri saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Müstəqil Mədən İşçiləri Həmkarlar İttifaqı səhərə yaxın keçirilən əməliyyatda azı 110 nəfərin saxlanıldığını açıqlayıb. 

Məlumata görə, Əskişəhərdəki Doruk Mədənçilik şirkətində işləyən bəzi işçilər dünən piyada şəkildə paytaxta gediblər. Onlar Enerji və Təbii Sərvətlər Nazirliyinə yürüş ediblər. 

"110 mədənçi saxlanılıb! Energetika Nazirliyinin qarşısında cavab almaq üçün birini gözləyərkən, aldığımız cavab 110 dostumuzun saxlanılması oldu. Biz mədənçiyik, həbslərdən qorxmayacağıq, çıxıb qaldığımız yerdən davam edəcəyik. Daha əvvəl dediyimiz kimi: Biz Ankaraya kəfənlərimizlə gəldik və buradayıq!"

Ağarza Elçinoğlu