İranın xarici işlər naziri Abbas Əraqçinin rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, İran və Rusiya xarici işlər nazirləri telefon danışığı zamanı regional məsələləri müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İran tərəfi Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından maneəsiz keçməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.

*** 20:04

İran və Rusiyanın xarici işlər nazirlərinin telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında bildirib.

Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla regional, eləcə də beynəlxalq mövzuları müzakirə etdiyini qeyd edib.

Detallar barədə daha sonra məlumat veriləcəyi vurğulanıb.