Belarus Prezidenti Aleksandr Lukaşenko bu dəfə siyasi addımları ilə deyil, şəxsi həyatı ilə bağlı sensasion iddia ilə dünya gündəminə gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 32 ildir hakimiyyətdə olan 71 yaşlı Lukaşenkonun özündən 49 yaş kiçik - 22 yaşlı gözəllik müsabiqəsi qalibi Aliya Korotkaya ilə münasibət yaşadığı iddia olunur. Rusiya və Belarus mənşəli Korotkaya son aylarda dövlətin yüksək səviyyəli protokol tədbirlərində Lukaşenkonun yanında tez-tez görünür.

Məlumata görə, Korotkaya “Miss Minsk”, “Miss Viva Braslav” və “Miss Belarus” kimi milli müsabiqələrdə, həmçinin Rusiyada keçirilən beynəlxalq “Miss BRICS” yarışmasında iştirak edib.

Gənc modelin dövlət tərəfindən maliyyələşdirilən Milli Gözəllik Məktəbi ilə əlaqələrinin olduğu bildirilir. O, ötən ildən bəri Lukaşenko ilə xokkey oyunlarında, rəsmi qəbul mərasimlərində və dəbdəbəli Yeni il ballarında birlikdə görünür. Bu da münasibətin sadəcə “tanışlıq” olmadığı iddialarını gücləndirir.

Rəsmi məlumatlara görə, Lukaşenko hələ də Galina Lukaşenko ilə evlidir. 1990-cı illərin ortalarından ayrı yaşayan cütlüyün Viktor (50) və Dmitri (46) adlı iki oğlu var. Galinanın paytaxt Minskdən uzaqda sakit kənd həyatı sürdüyü bildirilir. Lukaşenkonun yanında isə çox vaxt rəsmi həyat yoldaşı deyil, Belarus gözəllik kraliçalarının görünməsi artıq bir növ ənənəyə çevrilib. Korotkayadan əvvəl 2019-cu ildə Maria Vasilevich də onun yaxınlığı sayəsində siyasətə qoşulmuş və parlamentin ən gənc deputatlarından birinə çevrilmişdi.

Gülayə Mecid