Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tbilisidə faciəvi şəkildə vəfat edib.

"Unikal" xəbər verir ki, gənc qızın meyiti Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.