Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, əvvəlcə "Kəpəz" və "İmişli" komandaları qarşılaşacaq.

Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq. Gəncə klubu 21 xalla 10-cu, İmişli" isə 26 xalla 9-cu yerdədir.

Turun son oyununda "Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq. Matç saat 19:00-da start götürəcək. 32 xallı "Sumqayıt" 7-ci, 19 xala malik "Qəbələ" isə 11-ci sıradadır.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"a (3:0), "Karvan-Yevlax" "Şamaxı"ya (1:0), "Sabah" "Qarabağ"a (1:0) qalib gəlib. "Zirə" isə "Neftçi" ilə heç-heçə edib - 1:1.