Çinin paytaxtı Pekində insanabənzər robotların və insanların birgə yarımarafonu keçirilib.
"Unikal" xəbər verir ki, rekord sayda - 112 komanda, o cümlədən Almaniya, Fransa və Braziliyadan olan robotlar 21 kilometr məsafədən ibarət yarımarafonda iştirak edib.
Robotlar və insanlar paralel zolaqlarda, amma eyni trekdə gücünü sınayırlar. Robotların bəziləri avtonom, bəziləri isə uzaqdan idarəetmə ilə hərəkət edir.
Təşkilatçılar bildirib ki, artıq 2-ci ildir keçirilən marafona qatılan robotlar xeyli təkmilləşdirilib. Robot "Lightning" Pekin Yarım Marafonunda 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qaçaraq qalib gəlib. Bu, insanın 56:42 olan dünya rekordundan 6 dəqiqə və bir qədər daha sürətlidir.
Ümumilikdə yarışda 300 robot iştirak edib.
Qeyd edək ki, ötən il dünyada insanabənzər robotların iştirakı ilə Çində keçirilmiş ilk yarımarafonun qalibi “Tiangong” adlı robot olub.
