İran bu gün hava məkanını qismən yenidən açaraq ölkənin şərq hissəsindən keçən beynəlxalq uçuşlara icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

“Ölkənin hava məkanının şərq hissəsindəki hava marşrutları İran üzərindən tranzit həyata keçirən beynəlxalq uçuşlar üçün açıqdır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bəzi hava limanları fəaliyyətini bərpa edib.