Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
Saat 17:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
