Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

"Unikal" xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər

81 kiloqram, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) /Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

90 kiloqram, 1/16 final

Murad Fətiyev – Aleks Kret (Rumıniya)

Qadınlar

70 kiloqram, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)

Qeyd edək ki, Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.