Myanma prezidenti Min Aung Hlaing m4500-dən çox məhbusu əfv edib və məhkumların cəzalarını yüngülləşdirib.
"Unikal" xəbər verir ki,bu barədə Myanma dövlət televiziya kanalı məlumat yayıb.
Azad edilənlərin adları açıqlanmır, lakin onların arasında deportasiya edilməsi planlaşdırılan 179 əcnəbinin olduğu məlumdur. Hakimiyyət orqanları həmçinin bəzi məhkumların cəzasını yüngülləşdirib: bəzilərinin ömürlük həbs cəzası 40 ilə endirilib, digərlərinin cəzası isə altıda bir qədər azaldılıb.
Bundan əlavə, prezident 17 aprel 2026-cı il tarixindən əvvəl cinayət törətmiş bütün məhkum edilmiş şəxslər üçün ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsini əmr edib.
