Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə baş verib.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında olub.
Belə ki, məktəbin həyətindəki ağaca ildırım düşüb və ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib.
Hadisə zamanı yaralanan M.Y isə “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasına aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, həyatını itirən uşaqlar əmioğludur.
