Vətən müharibəsi şəhidi Fikrət Zeynallının anası Qızxanım Sultanova vəfat edib.
"Unikal"ın məlumatına görə, şəhid anası Tovuz rayonunun Aşağı Öysüzlü kəndində oğlunun məzarı yanında dəfn olunub.
Qeyd edək ki, Fikrət Zeynallı 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anar Kəlbiyev
