Ağdam rayonunun Zəngişalı kəndində 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, 2001-ci il təvəllüdlü Hikmət Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaqəzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alaraq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
