İran donanması düşmənlərinə yeni məğlubiyyətlər yaşatmağa hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Seyid Müctəba Xameneinin Ordu Günü münasibətilə təbrikində deyilir.

"İran ordusu əvvəlki illərdə olduğu kimi, bu gün də ölkənin torpağını, suverenliyini və bayrağını cəsarətlə müdafiə edir", - Xamenei bildirib.

O, İran ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb.