Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Zelim Tçkayevi təbrik edib.
"Unikal" xəbər verir ki, ACF prezidenti bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Zelim Tçkayev (-81 kq) bürünc medal qazanıb.
— Rashad Nabiyev (@RashadNNabiyev) April 18, 2026
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram. pic.twitter.com/OhkufOY12j
