Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Anna Hakobyanla birlikdə Gümrüyə gəlib.

"Unikal" xəbər verir ki, onlar boşansalar da, Anna konsert zamanı Paşinyana dəstək olmaq istəyib.

*** 10:35

Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdə konsertə hazırlaşır.

"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, bu səbəbdən Gümrüyə xeyli sayda polis qüvvələri cəlb olunub.

Şəhərin bütün mərkəzi küçələri artıq bağlanıb və mərkəzi meydanda gücləndirilmiş nəzarət tədbirləri görülür.

Xatırladaq ki, bu gün, 19 apreldə Paşinyan və tərəfdarları Şimal-Cənub magistral yolunun Aştarak-Gümrü hissəsinin açılışını qeyd etmək üçün avtomobil yürüşü təşkil ediblər. Axşam saatlarında Gümrüdəki Vardanants meydanında "Varçabend" qrupunun konserti keçiriləcək.

Paşinyan bu səhər tezdən Gümrüyə yola düşüb.