İran hələ ABŞ rəsmiləri ilə üzbəüz danışıqların yeni mərhələsinə hazır deyil.
"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib. O, Vaşinqtonun əsas məsələlər üzrə maksimalist tələblərindən imtina etməsinin vacibliyini vurğulayıb.
Xətibzadə, həmçinin, ölkəsinin zənginləşdirilmiş uranı ABŞ-yə verməyəcəyini bildirib və ABŞ prezidenti Donald Trampın açıqlamalarını rədd edib.
"Sizə deyə bilərəm ki, heç bir zənginləşdirilmiş material ABŞ-a göndərilməyəcək. Bu, ilk addım deyil və sizi əmin edə bilərəm ki, mövcud olan hər hansı bir problemi həll etməyə hazır olsaq da, ilk addım olmayan heç bir şeyi qəbul etməyəcəyik", - deyə İran xarici işlər nazirinin müavini bildirib.
