Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov