Mingəçevirdə mənzildə 27 yaşlı gəncin meyiti aşkarlanıb.
"Unikal" xəbər verir ki, hadisə Kür mehmanxanasının köhnə binasında qeydə alınıb. Burada keçmiş köçkün olaraq müvəqqəti məskunlaşmış 1999-cu il təvəllüdlü Murad Şirinov yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.
İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
.Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
