Paytaxtda bədbəxt hadisə yaşanıb.
"Unikal"ın məlumatına görə, hadisə "Azinko" tikinti şirkəti tərəfindən inşa olunan yaşayış binasında baş verib. Belə ki, yaşayış kompleksindəki mənzillərdən birinin eyvanı uçub.
Nəticədə binanın həyətində park edilmiş bir neçə avtomobilə ciddi ziyan dəyib.
Murad İbrahimli
